İnsanlara hürriyət, millətlərə istiqlal!

Aktrisa sevgilisi İlon Maskdan ayrıldı - ŞOK SƏBƏB

639 12.07.2022 21:21 Şou-biznes A A

Aktrisa Nataşa Bassett “Tesla” və “SpaceX”in qurucusu İlon Maskdan ayrılıb.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, ayrılığın səbəbi kimi Şivon Zilisin milyarderdən əkiz uşaq dünyaya gətirməsi göstərilir.

Məlumata görə, avstraliyalı aktrisa Maskın başqa bir qadından əkiz uşağı olduğunu bildikdən sonra münasibətlərinə son qoyub.

"HollywoodLife.com"un bu barədə yaydığı məlumatda bildirilir: "Nataşa İlondan çox şey öyrəndi və o, birlikdə keçirdikləri vaxta görə minnətdardır, çünki bu, çox xüsusi sevgi idi. Ayrılığa baxmayaraq, Nataşa hələ də dost ola biləcəklərinə ümid edir. O, indi karyerasına diqqət yetirməyi planlaşdırır".

Xatırladaq ki, İlon Maskla Nataşa Bassettin münasibəti bu ilin fevralında məlum olmuşdu. Onlar Los-Ancelesdə şəxsi təyyarədən enərkən paparatsilərə tuş gəlmişdilər.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR