İnsanlara hürriyət, millətlərə istiqlal!

Aksiyaçılar polisi VURDU, erməni general da hərəkata QOŞULDU, həbslər gedir - CANLI

995 10.05.2024 16:09 Son xəbər A A

Ermənistan polisi İrəvanda və onun hüdudlarından kənarda itaətsizlik aksiyası keçirənlərin bəzilərini saxlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Saxlanılanların 12 nəfər olduğu bildirilib.

Azərbaycanla delimitasiyaya qarşı olan və İrəvandakı mitinqə rəhbərlik edən keşiş Baqrat baş nazir olmaq istəyini gizlətməyib. Baqrat erməni mediasına açıqlamasında bildirib. “Haykakan Jamanak” adlı sarı qəzet var, yazır: Arxiyepiskop Baqrat Qalstanyanın (baş nazirliyə namizəd olmağa - red.) hüququ yoxdur, onun ikili vətəndaşlığı var.

Qalstanyan Tavuş yeparxiyasının ruhani lideridir, bu, sizin baş nazirin kreslosundan yüksəkdir. Əgər xalq bunu arzulayırsa və katolikos buna xeyir-dua verirsə, o zaman mən kimə deyim ki, yox, istəmirəm”, - Qalstanyan özü haqda bildirib.

Ermənistan polisi Malışka kəndində etiraz aksiyasının iştirakçısını saxlayıb. Mehri-İrəvan yolunda keçirilən etiraz aksiyası zamanı polis əməkdaşına qarşı zorakılıq tətbiq etməkdə şübhəli bilinir.

Polisin yolun açılması tələbinə cavab olaraq etirazçılardan biri yumruqla polisin başına zərbə endirib.

Erməni general-mayor Qriqori Xaçaturov arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının yürüşünün iştirakçılarına qoşulub.

TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Elçin Xalidbəyli ilə Ermənistan hadisələrini dəyərləndirir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR