İnsanlara hürriyət, millətlərə istiqlal!

Ailə üzvlərini öldürənə ağır cəza tələb olundu

494 15.12.2022 16:23 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını və bacısın qətlə yetirməkdə ittiham olunan Murad Niftizadənin cinayət işi üzrə məhkəmə prosesi sona çatmaq üzrədir.

Musavat.com xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edərək Murad Niftizadənin 20 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 20-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

Murad Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni şəxsi münasibətlər zəmnində qətlə yetirib, hadisədən sonra ölkədən qaçıb. Bunda sonra Murad Niftizadə barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. O, Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.

E.MƏMMƏDƏLIYEV,
"Yeni Müsavat'

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR