İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Trampın Qrenlandiya təhdidlərinə sərt cavab hazırlayır

538 19.01.2026 00:41 Dünya A A

Avropa İttifaqı ABŞ prezidenti Donald Trumpın Qrenlandiya ilə bağlı səsləndirdiyi təhdidlərə cavab olaraq genişmiqyaslı tədbirlər paketi üzərində işləyir.

Musavat.com xəbər verir ki, Financial Times nəşrinin məlumatına görə, Avropa İttifaqı ümumi həcmi 93 milyard avroya çatan cavab mexanizmi hazırlayır. Paketə ABŞ məhsullarına yeni tariflərin tətbiqi, həmçinin Amerika şirkətlərinin Aİ bazarına çıxışının məhdudlaşdırılması imkanları daxildir.

Məlumata əsasən, bu addımlar Aİ üçün təzyiq aləti kimi nəzərdə tutulur və World Economic Forum çərçivəsində İsveçrənin Davos şəhərində Donald Trampla gözlənilən danışıqlar öncəsi Brüsselin mövqelərini gücləndirməyə hesablanıb.

Qeyd edilir ki, Vaşinqtonun Qrenlandiya ətrafında apardığı siyasət Avropa paytaxtlarında ciddi narahatlıq doğurur və Aİ geri çəkilmək niyyətində deyil.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR