İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ rəsmilərinin Azərbaycanla bağlı əsl məqsədi budur - DETALLAR 

1612 17.01.2024 16:53 Siyasət A A

“Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stanonun ölkəmizlə bağlı səsləndirdiyi fikirlər əsassızdır. Azərbaycanın Ermənistanın ərazisinə qəsd etmək, işğal etmək kimi niyyəti olmayıb və yoxdur. Azərbaycanın bu barədə mövqeyi dəfələrlə ən yüksək səviyyədə ifadə edilib”.

Bu fikirləri Musavat.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Aİ rəsmilərinin son açıqlamalarını şərh edərkən bildirib.

metin.jpg (38 KB)

Ekspert hesab edir ki, Azərbaycana qarşı bu cür iddialar səsləndirməklə Aİ rəsmiləri beynəlxalq ictimaiyyətdə mənfi rəy yaratmağa çalışırlar:

“Azərbaycan 30 il işğal faktından əziyyət çəkib. Təəssüf ki, Aİ daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın torpaqları işğal altında olduğu dövrdə laqeyd münasibət nümayiş etdiriblər. Aparıcı dövlətlərin, beynəlxalq qurumların məsələlərə ikili standartlar nöqteyi-nəzərindən yanaşdığını dəfələrlə görmüşük. Səsləndirilən iddiaların hansı fərziyyəyə əsaslandığı bəlli deyil. Ermənistanın Azərbaycanın ərazisinin bir qismini işğal etməsi faktı BMT-nin 4 qətnaməsi ilə təsdiq olunsa da, Aİ qəti mövqe göstərməyib. İddiaların nə hüquqi, nə də siyasi əsasları var. Azərbaycan müstəqil dövlətdir, müstəqil xarici siyasəti var. Xarici siyasətimizi ölkəmizin milli maraqlarına, mənafeyinə, o cümlədən beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçiririk. Heç bir təhdid siyasətimizə təsir göstərə bilməz. Əgər Aİ Azərbaycanla münasibətlərə yenidən baxmaq istəyərsə, bu münasibətləri məhdudlaşdırmaq qərarına gələrsə, yalnız Azərbaycan deyil, Aİ özü də itirəcək”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR