İnsanlara hürriyət, millətlərə istiqlal!

"Aİ-nin monitorinq missiyası təhlükəsizliyə heç bir zəmanət vermir" - Paşinyan

560 05.05.2023 13:48 Son xəbər A A

Avropa İttifaqının monitorinq missiyasını Ermənistana dəvət etmək barədə qərar asan qəbul olunmayıb. Ona görə ki, bu missiya təhlükəsizliyə heç bir zəmanət vermir, əksinə yeni çağırışlar yarada bilər.

AZƏRTAC erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Praqada Transatlantik Münasibətlər Mərkəzində müzakirələr zamanı söyləyib.

O, həmçinin deyib ki, beynəlxalq ictimaiyyətin diqqətini Cənubi Qafqaz regionuna cəlb etmək vacibdir, çünki bu gün bu diqqət Ukraynaya yönəlib.

“Qərbdə çoxları hesab edir ki, biz Rusiyanın vəkili olan hökumətik, Şərqdə isə bizim qərbyönlü siyasət apardığımıza inanırlar. Qərbə gedən qonşularımız Ermənistanın Rusiyanın yaxın müttəfiqi olduğunu deyir, bizimlə də Rusiyaya qarşı olduğu kimi davranmağa çağırırlar”, - deyə Paşinyan şikayətlənib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR