İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdamda avtomobil aşaraq yanıb: Xəsarət alan var

439 17.07.2024 17:22 Hərbi xəbərlər A A

Ağdamda avtomobil yanıb.

APA-nın xəbərinə görə, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Rayon sakininin idarə etdiyi VAZ-2115 markalı, 10-NS-315 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarına aşıb. Bundan sonra maşında yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar, yanğın söndürülüb. Sürücü müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR