İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdam sənin vətənin deyildisə...

5284 24.11.2023 21:52 Yazarlar A A

Sərkisyanın gecikmiş etirafı və Xankəndi onun vətənidirsə...

Noyabrın 30-da sərhəd danışıqlarının 5-ci raundundan nəsə irəliləyiş gözləmək sadəlövhlük olar. Sərhədlə bağlı məsələ qəliz işdir, bunu Xəzərin sektorlara bölünməsindən tutmuş Gürcüstanla hələ də deyəsən, tam həll olunmamış “ Keçikçidağ”la bağlı danışıqların uzun müddətdir davam etməsi də təsdiqləyir. Elə Gürcüstanın da Ermənistanla sərhədlə bağlı hələ də həll edilməmiş problemləri var.

SSRİ zamanı sərhədlərlə bağlı o qədər qəliz qərarlar verilib ki, ittifaqın dağılmasından 32 il ötüb, amma postsovet ölkələrinin əksəriyyəti hələ də bu problemlərin həllində əziyyət çəkirlər. Yəni Ermənistanla sərhədlə bağlı problemlərin çözülməsi zaman aparacaq. Sərhədlərin müəyyənləşməsində əsas prinsip bəllidir: Azərbaycan və Ermənistan qarşılıqlı olaraq ərazi bütövlüklərini tanıyıblar. Bizə “özgələşdirilmiş” ərazi gərək deyil, əks halda, bu danışıqlar illər davam edər və bölgədə daima gərginlik qalar.

Nə qədər qəribə səslənsə də, Ermənistanın sabiq prezidenti Serjik Sərkisyan da “Azərbaycanla sülh müqaviləsinin imzalanmasının vacibliyi və regionda davamlı sülhün bərqərar olması zərurəti” haqda danışıb.

“İyirmi il əvvəl Ermənistan parlamentinin tribunasından bəyan etdim ki, Ağdam mənim vətənim deyil. Amma özünü vətənpərvər hesab edən, çox şey bildiyini düşünənlər Ağdamda şəkil çəkdirib, “bizim vətənidir” dedilər. Boş söz dediklərinin fərqinə varmayaraq məni ələ saldıqlarını düşündülər. Və son belə olacaqdı...” deyə, Serjik bildirib. Sərkisyan haqlıdır, Ağdam onun vətəni deyil. Amma guya hər il mayda yığışıb bayram etdikləri Şuşa onların vətəniydı? Bəlkə Kəlbəcər, bəlkə Laçın, Füzuli, bəlkə Qubadlı, Zəngilan, yoxsa Cəbrayıl ermənilərə nə vaxtsa vətən olmuşdu? Serjik Xankəndidə doğulub, amma onlar Qarabağı özlərinə vətən bilsəydilər, bu qədər qan tökülməzdi. Ermənilər yer üzündə bəlkə də yeganə millətdirlər ki, vətən anlayışına tam fərqli yanaşmaları var. Onların düşüncəsinə görə, yaşadığın yerdə yurd salıb, doğub-törədinsə, “mənim vətənim” deyib oraya sahiblənə bilərsən. Serjik və onun kimilər Qarabağı özlərinə vətən bilsəydilər, bu müharibəni niyə başlayırdılar ki? Adam kimi yaşayırdılar, Azərbaycanın bütün sərvətlərindən faydalanırdılar. Serjik və onun kimilər olsa-olsa, vətən xainləridir. Onlara yurd yeri vermiş millətə, dövlətə düşmən kəsildilər. 

9D519B14-1A47-4551-AB76-848583FA1EE3_w1023_r1_s.jpg (70 KB)

Serjik indi belə mülayim danışır, amma bu yaramaz özünü həmişə qalib kimi aparıb, kompromis variantları belə əlinin arxası ilə itələyib. Çünki “ xaltasını tutanlara” arxayın idi. Hələ 10 il əvvəl etiraf etməliydi ki, Ağdam vətənim deyil, həm də işğaldakı bütün rayonların adlarını da oraya əlavə etməliydi. Bunları indi ona görə yada salır ki, erməni cəmiyyətini çaşdırsın, guya o hansısa kompromisə hazır imiş və sairə. Halbuki bundan sonrakı fikirləri ilə əslində sülhə qarşı olduğunu gizlətməyib.

Serjik Azərbaycanla ikitərəfli danışıqların əleyhinə olduğunu deyib: “Təbii ki, ikitərəfli danışıqlar təklifi qəbul edilə bilməz. Xatırlatmaq istərdim ki, Ermənistanın indiki rəhbəri məni qınamaq və ya sancmaq istəyəndə deyir ki, “bax, o, Əliyevlə danışıqlar aparmayıb, amma mən aparıram”.

Serjikə görə, sülh razılaşmasına hansısa qüdrətli ölkə təminat verməlidir. “Əgər zəmanət yoxdursa, bu kağız kimə lazımdır? Tərəflərdən biri bu müqaviləni poza bilər. Təsadüfi deyil ki, dünyanın üç güclü ölkəsi Artsax (hələ də o havadadırlar-N.S) məsələsi ilə bağlı danışıqlara həmsədrlik edirdi”. Sərkisyan nədənsə, əmindir ki, “ikitərəfli danışıqlar baş tutsa belə, dalana dirənəcək və əgər nəsə alınarsa, bu, Ermənistana gələcək vəd etməyən böyük güzəştlərlə olacaq”. 

_126998872_feynjp3waaafs39.jpg (38 KB)

Sərkisyan əslində, Paşinyandan fərqli heç nə demir. Erməni baş nazir də Azərbaycan Prezidenti ilə birbaşa danışıqlara qarşıdır və “bacı” Makronun iştirakında israr edir. İndi Sərkisyan da ATƏT həmsədrlərini yada salır ki, bu ölkələrdən biri sülh sazişində qarant olsun. Yəni Makron “olmazsa-olmazdır”. Azərbaycanın bu məsələdə mövqeyi bəllidir və dəyişməzdir. Birbaşa danışıqlardan yayınırlarsa, o halda masada Türkiyə də olmalıdır. Əgər sülh sənədində Ermənistana qarant ölkə olaraq Fransa olmaq istəyirsə, o halda sənəddə Azərbaycanla birgə niyə Türkiyənin də imzası olmasın? İki NATO ölkəsinin sülhün pozulmayacağına qarant verməsi kifayət edər. Yox, daha bir ölkə Ermənistana qarant durmaq istəyirsə, o halda Azərbaycanın da məsələn, Belarusun(Rusiya da mümkün variantdır) və ya Orta Asiya respublikalarından birini(məsələn, Qazaxıstanı) prosesə cəlb edə bilər. Yəni Paşinyanın təkbətək danışıqlarda qorxularını anlamaq olar, amma daha Minsk Qrupu kimi bir masa qurmaq arzusu alınmayacaq... 

aöğ.jpg (609 KB)

Sonda Serjikin Ağdam etirafına qayıdıram. Nə sirdirsə, ermənilər Ağdamdan həmişə qorxub-çəkiniblər. Tək bazara getməyə belə ürək etməyiblər. İndi Serjikdən soruşmaq lazımdır ki, Xankəndi sənin vətənindirsə, min avtobusa gəl... Vətənin həbsxanası da vətəndir axı...

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR