İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağcabədidə əmioğulları qəzaya düşüb, birinin boynu sınıb

378 21.11.2023 01:34 Hadisə A A

Ağcabədi rayonunda ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində 1996-c; il təvəllüdü Ələsgərov Tural Elşad oğlu və onun əmisi oğlu Ələsgərov Rəzail Mansur oğlu xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinədən sonra Tural Ələsgərova boynun sınığı, Rəzail Ələsgərova isə kəllə-beyin travması diaqnozu qoyulub.

Yaralıların vəziyyəti nəzərə alınaraq rayon xəstəxanasında Bakıda yerləşən tibb müəssisələrinin birinə gətirilib. Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR