İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağadadaş Ağayev halı pisləşdiyi üçün klinikadan yardım istəyib, mühafizəçi ona deyib ki... - YENİ DETALLAR

1819 23.07.2024 12:18 Kriminal A A

Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatı məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib.

Xəstəlikdən əziyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib.

Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib.

Mühafizəçi isə onu klinikaya dəvət edib. Bu zaman A.Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb.

Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.

Qeyd edək ki, A.Ağayev uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR