İnsanlara hürriyət, millətlərə istiqlal!

Terrorçu təşkilatlar FƏALLAŞIR:Regionu gözləyən TƏHLÜKƏ – FOTO

537 23.07.2024 13:23 Dünya A A

“Moskva vilayətində bu ilin mart ayında yüzlərlə insanın ölümünə səbəb olan “Crocus City Hall”da baş vermiş terror aktından sonra İŞİD terrorçu təşkilatının imkanları araşdırılmağa başlanılıb. Terror aktına görə məsuliyyəti “Vilayət Xorasan” üzərinə götürsə də, bu terrorçu təşkilatın İŞİD-lə bağlılığı xəbərləri yayıldı. Bundan sonra yayılan xəbərdə Türkiyənin xüsusi xidmət orqanlarının rusiyalı həmkarlarını xəbərdarlıq etdiyi və terrorçuların Moskvada “Crocus City Hall” ticarət mərkəzinə hücumdan sonra ikinci terror aktını planlaşdırdıqlarını müəyyənləşdirdilər. Növbəti terror aktının qarşısı alındı”.

Medianews.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, qarşısı alınan terror planları göstərir ki, terrorçu təşkilatlar fəallıqlarını artırıblar: “Əl-Qaidə terrorçu təşkilatının da fəallaşmağa başladığı barədə xəbərlərin sayı artıb. Bəzi ekspertlər bu terrorçu təşkilatın Əfqanıstan və Pakistan ərazisində fəaliyyətinin azaldığı bildirilsələr də, Qərb mətbuatında Əl-Qaidə üzvlərinin fəallaşmağa meylli olduğu barədə müxtəlif yazılar dərc olunub. Görünür, Əl-Qaidə İŞİD və ya “Vilayəti Xorasan”ın “gerisində” qalmaq istəmir. ABŞ-li hərbçilər Əl-Qaidə lideri Üsamə bin Ladeni Pakistanın Abbottabad şəhərində öldürdükdən sonra Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi Pakistanda və Əfqanıstanda təşkilatın digər üzvlərini də neytrallaşdırmağa çalışırdı. Terrorçular liderlərinin ölümündən sonra fəaliyyətlərini dondursalar da, yatmış hücrələrin yenidən üzə çıxacaqları təhlükəsi var”.

Politoloq vurğulayıb ki, “Taliban” Əfqanıstanın tamamına nəzarət edə bilmədiyinə görə, bundan Əl-Qaidə istifadə etməyə çalışır: “BMT-nin yaydığı son hesabata görə, Əl-Qaidə Qəndəhar əyalətində fəallaşıb, hətta digər əyalətlərdə düşərgələr yaratmağa çalışır. Terrorçu təşkilatların fəallaşmasına müxtəlif ərazilərdəki lokal və genişmiqyaslı müharibələr də şərait yaradır. Beynəlxalq aləmin diqqəti Rusiya-Ukrayna müharibəsinə, İsrailin Qəzzada hərbi əməliyyatına yönələrkən terrorçular yatmış hücrələrdən çıxmağa çalışırlar”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR