İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdən Rusiyadakı çevriliş cəhdi ilə bağlı YENİ AÇIQLAMA gəldi – Kamran Həsənli ilə CANLIda

757 29.06.2023 15:06 Son xəbər A A

“Politico” yazır ki, Ağ Ev rəsmiləri Rusiya hökumətini ABŞ-ın Rusiyadakı son hadisələrdə əli olmadığına inandırmaq üçün birbaşa Kremllə əlaqə saxlayıblar.

“Vaqner” qiyamından sonra dərhal Ağ Ev rəhbərliyi hərəkətə keçərək, Rusiya rəhbərliyinə “bu məsələdə barmaqlarının olmadığını” bildirib.

Amerika nəşrinin məlumatına görə, ABŞ Prezidenti Co Bayden və yüksək səviyyəli milli təhlükəsizlik köməkçiləri Rusiyada qısamüddətli üsyan cəhdini müşahidə ediblər, bundan sonra onlar birbaşa Kremllə əlaqə saxlamağı lazım biliblər.

Diplomatik mənbələrin məlumatına görə, Amerika administrasiyasının rəsmiləri Moskvadakı həmkarlarına baş verənləri Rusiyanın daxili məsələsi kimi qiymətləndirdiklərini bildiriblər. Üstəlik, Ağ Ev əmin edib ki, onlar ABŞ və ya NATO qoşunlarının mövqeyində heç bir dəyişiklik etməyəcəklər.

Avrasiya Qrupunun prezidenti Yan Bremmerin sözlərinə görə, bu, “Rusiya baş verənlərdə Amerikanın əlini görməsin” deyə edilib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib ki, Amerika tərəfinin hərbi qiyamla bağlı Rusiyanın daxili işlərinə qarışmamaq barədə dediyi sözlər aldatma kimi görünür.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR