İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev üçün kabus ssenarisi: Dünya çempionatı Avropasız qala bilər

514 23.01.2026 13:25 Dünya A A

Avropanın ABŞ prezidenti Donald Trampa qarşı mümkün cavab addımları getdikcə daha sərt müstəviyə keçir.

Musavat.com xəbər verir ki, Trampın Qrenlandiya ilə bağlı ritorikası davam edərsə, Avropada ən radikal təzyiq variantlarından biri kimi 2026-cı il futbol üzrə dünya çempionatının boykot edilməsi real ssenari kimi müzakirə olunur.

"Politico" yazır ki, bu turnir Tramp üçün təkcə idman yarışı deyil, həm də beynəlxalq imic və “yumşaq güc” alətidir. Avropa milli komandalarının dünya çempionatından imtina etməsi onun üçün həm siyasi, həm də simvolik baxımdan ciddi zərbə ola bilər.

Qeyd olunur ki, 2026-cı il Futbol Üzrə Dünya Çempionatının final mərhələsində Avropanı 16 milli komanda təmsil etməlidir. Turnirin ABŞ, Kanada və Meksikada keçirilməsi planlaşdırılır və Avropanın kütləvi boykotu yarışın legitimliyinə kölgə sala bilər.

Rəsmi prosedurlara əsasən, boykot qərarları hökumətlər deyil, idman qurumları tərəfindən verilir. Lakin "Politico" vurğulayır ki, Avropada artıq Vaşinqtonun təzyiqlərinə cavab olaraq məhz dünya çempionatı amilindən istifadə edilməsini təklif edən siyasi və ictimai çağırışlar açıq şəkildə səslənməyə başlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR