İnsanlara hürriyət, millətlərə istiqlal!

"Adlarını çəkə bilmirəm, çünki sağdırlar" - FOTO

8806 10.01.2025 13:25 Şou-biznes A A

Unudulmaz film musiqilərinə imza atan Cahit Berkay NTV ekranlarında yayımlanan "Empati" verilişinə qatılıb.

Ahmet Mümtaz Taylanın aparıcılıq etdiyi verilişə qatılan Cahit Berkay Türkan Şorayla münasibətindən danışıb.

Proqramda Taylanın "2022-ci ildə "Selvi Boylum Al Yazmalım"ın musiqisini necə bəstələdiyinizi soruşanlara səhnədə cavab verdiniz, Türkan Şoray da yanınızda idi. "Aşiq idim" dediniz. Türkan Şoraydan başqa platonik eşq yaşadığınız biri olub?" sualına Berkay belə cavab verib: "Olub, əlbəttə, yalan deməyim. Ad çəkmirəm, çünki yaşayırlar."

Ahmet Mümtaz Taylanın "Türkan xanıma hamımız aşığıq. Hələ də Türkan xanıma aşiqsinizmi?" sualına isə Berkay belə cavab verib: "Platonik idi. O işi aldığım zaman həyəcandan titrədim, öhdəsindən gələ bilmərəm deyə..."

 Cahit Berkay "Selvi Boylum Al Yazmalım" haqqında danışaraq, məndən "Bunu necə bəstələdiniz?" deyə soruşurlar. Mən də "uydurdum" deyirəm. "Estağfurullah" deyirlər. Türk dilində "uydurmaq", bir-birinə uyğun notaları müəyyən ritm daxilində bir araya gətirmək deməkdir. "Uydurmaq" deyəndə yalan söyləmək ağla gəlməsin," ifadələrini işlədib.

Qeyd edək ki, Türkan Şoray, Ahmet Mekin və Kadir İnanırın baş rollarda oynadığı Selvi Boylum Al Yazmalım filmi, Yeşilçamın əfsanəvi əsərləri arasında yerini qoruyur. Çingiz Aytmatovun eyniadlı romanı əsasında çəkilən və Atıf Yılmazın rejissorluq etdiyi bu film, kəndli qızı Asya ilə yük maşını sürücüsü İlyasın dağlarda başlayan və qısa müddətlik xoşbəxt evliliyə çevrilən eşq hekayəsini nəql edir.

Milli.Az

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR