İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Iğdır və Qars vilayətlərinə səfər edib

621 24.05.2023 18:00 Son xəbər A A

Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 22-23 may tarixlərində Türkiyənin Iğdır və Qars vilayətlərinə səfər edib.

Musavat.com xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin və Ali Məclisin deputatları, şəhid atası və Vətən Müharibəsi qazisi daxildir.

Adil Əliyev 23 may tarixində nümayəndə heyəti ilə birlikdə təkrar Iğdıra səfər edərək, soydaşlarımızın kompakt yaşadığı Mələkli qəsəbəsində növbəti görüşü keçirib. Görüş zamanı soydaşlarımızı maraqlandıran müxtəlif mövzuları birlikdə müzakirə olunub. Adil Əliyev deyib ki, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan iki ölkə yoxdur, Azərbaycanın şanlı Zəfəri ilə bitən Vətən müharibəsində, qardaş Türkiyənin prezident Ərdoğanın rəhbərliyində göstərdiyi qətiyyətli mövqe və mənəvi dəstək dünyaya türkün gücünü bir daha göstərdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR