İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İğdır valiliyini ziyarət edib

466 22.05.2023 15:48 Gündəm A A

Milli Məclisin sədr müavini Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Iğdır valiliyini ziyarət edərək, vali ilə görüşüblər.

Musavat.com xəbər verir ki, 22 may tarixində Iğdır vilayətində səfərdə olan və Milli Məclisin sədr müavini Adil Əliyevin rəhbərlik etdiyini nümayəndə heyəti Iğdır valiliyini ziyarət edib. Vali Hüseyn Engin Sarıibrahimlə keçirilən görüşdə Vitse-spiker ölkələrimiz arasında çox illik münasibətlərdən, tarixi dostluqdan bəhs edib. Türkiyə və Azərbaycanın dostluğu və qardaşlığının həm tarixən, həm də müasir dövrdə qürurverici hadisələrlə zəngin olmasını, Nuru Paşanın rəhbərliyi Qafqaz İslam Ordusunun 1918-ci ildə Azərbaycana gəlişi və yenicə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin taleyində misilsiz rol oynamasını qeyd edib.

Nuru Paşa başda olmaqla türk əsgərlərinin azərbaycanlı qardaşlarının imdadına yetişməsi Azərbaycan Xalq Cümhuriyyətinin paytaxt Bakını və digər bölgələrimizi düşmənlərdən azad edilməsində həlledici rol oynamasını tariximizdəki dostluğumuzun ilk örnəklərdən biri olmasını sədr müavini bildirib.

 Eləcə də, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk və Azərbaycan əsgərlərinin 1918-ci ildə Bakını işğaldan azad etməsinin 100 illiyi münasibəti ilə 15 sentyabr 2018-ci ildə paradda iştirak etmələri bizim üçün olduqca dəyərli hadisə olmasını qeyd edib.

2020-ci ildə 44-günülük Vətən müharibəsi zamanı ilk andan Prezident Ərdoğanın Türkiyənin Azərbaycana siyasi dəstəyini ifadə edərək ölkəmizin yanında olmasını qardaşlığımızın əyani təcəssümü olmasını, Prezident İlham Əliyevin bəyan etdiyi kimi məhz Türkiyə Prezidentinin bu mesajı bir çox ölkələrin Azərbaycanla Ermənistan arasındakı müharibəyə xaricdən müdaxilə cəhdlərinin qarşısını aldığını söyləyib.

Prezident Ərdoğanın işğaldan azad edilmiş torpaqlarımıza və Şuşa şəhərinə səfər etmiş ilk xarici ölkə başçısı olmasını bildirən sədr müavini, 2021-ci ilin 15 iyun tarixində Prezident İlham Əliyev və Prezident Ərdoğan Azərbaycan və türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini imzalamaqla faktiki müttəfiqliyimizi rəsmiləşdirdiyini və münasibətlərimizdə yeni era başlamasını diqqətə çatdırıb.

Görüşdə nümayəndə heyətinin üzvləri Milli Məclisin deputatı Cəbi Quliyev, Naxçıvan Ali Məclisinin deputatı Hüseyn Bağırsoylu, Şəhid, Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin atası Asəm İbrahimov və qazi Oruc Salmanov iştirak edib.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

 

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR