İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyev: “Fransanın məqsədi Ermənistanı özündən asılı vəziyyətdə saxlamaqdır”

626 29.02.2024 17:55 Ölkə A A

Bu gün Qərb dairələrində ölkəmizə qarşı iki yanaşmanın şahidi oluruq. Birinci yanaşma Almaniya və digər dövlətlər tərəfindən irəli sürülən ədalətli və doğru yanaşmadır. Bu dövlətlər anlayırlar və etiraf edirlər ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa, suverenliyini bərqərar etməsi dövlət olaraq təməl haqqı idi. Bu yanaşmanı təmsil edən dövlətlərin yeganə amalı var ki, Cənubi Qafqazda sülh gündəliyi irəli aparılsın və regionda sülhə nail olunsun.

Bu yanaşmanın tərəfdarları ortaya konkret mövqe qoyurlar, ölkəmizin Ermənistanı sülhə dəvətini dəstəkləyir,  sülh sazişinin imzalaması barədə təşəbbüsümüzü yüksək qiymətləndirirlər. Anlayırlar ki, imzalanacaq sülh müqaviləsi nəticəsində regionda sabitlik və dinclik təmin olunacaqdır. Bu sahədə tez-tez fikirlərini açıqlayırlar, məsələn Almaniya hər iki ölkənin xarici işlər nazirinin görüşünə evsahibliyi etməklə sülh müqaviləsi ilə bağlı məsələlərə öz töhfəsini verir.

Münasibətlərin inkişaf etdiyi və qarşılıqlı müzakirələrin davam etdiyi bir vaxtda Fransa və erməni lobbisinin təsirində olan bəzi başqa qüvvələr açıq-aşkar Ermənistanı silahlandırmağa davam edir. Dəfələrlə regionu xaosa sürükləməklə bağlı Fransanın qərəzli addımları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılsa da bu ölkə Ermənistanı məcburi şəkildə uçuruma sürükləyir. Münasibətlərin stabilləşməsinə imkan yaratmaq əvəzinə, Ermənistana göstərilən silah tədarükünün yeganə hədəfi Cənubi Qafqazda sülhə maneə olmaq, Ermənistanı özündən asılı vəziyyətdə salmaqdır. Fransa göstərdiyi bu “yardım”la ölkəsində olan xaosu Cənubi Qafqaza xaric edir, eləcə də, Ermənistan vasitəsilə hakimiyyət daxilindəki böhranı gizlədirlər.

Təbii ki, beynəlxalq ictimaiyyət başa düşür ki, Azərbaycan öz haqlı mövqeyini müdafiə edir və sülh müqaviləsininin bağlanması üçün də bütün mövcud şərtləri qarşı tərəfə təklif edir. Sülh müqaviləsinin gündəliyində əsas yerdə olmasını bildirən Azərbaycan, Ermənistana sülh sazişi ilə bağlı şərtləri irəli sürüb. Məqsəd isə regionda sabitliyə və mehriban qonşuluq siyasətinə dəstək verməkdir.

C.Borrel guya ölkəmizin Ermənistana qarşı hücum edəcəyini bildirərək, ölkəmizin gözdən salınması istiqamətində erməni lobbisinin təsiri altında əsassız və məqsədyönlü iddialar səsləndirir. Başa düşmür ki, Azərbaycan Ermənistanı bir dövlət olaraq məhv etməyi əsas hədəf hesab etsəydi, 2020-ci ilin noyabr ayının 10-da hərbi əməliyyatları dayandırmaz və faktiki olaraq sıradan çıxmış Ermənistan ordusunu son əsgərinə qədər məhv edər, düşmənin təslim olmaqla bağlı yalvarışlarına məhəl qoymazdı.

Habelə, 2023-cü ilin sentyabr ayının 19-da başlayan və rəşadətli Azərbaycan Ordusu tərəfindən 23 saat davam edən hərbi əməliyyatların yeganə hədəfi hərbi obyektlər və hərbi texnika olmazdı. İkinci Qarabağ müharibəsində, Antiterror Tədbirləri zamanı Ordumuz üzərinə düşən vəzifəni yüksək səviyyədə icra etmiş və yalnız hərbi təyinatlı obyektlərə zərər vurub. Müharibə qanunlarına döyüş əməliyyatları zamanı yüksək dərəcədə riayət edən peşəkar hərbi qulluqçular Ermənistan fərqli olaraq, mülki əhalini və obyektləri heç zaman hədəf seçməyiblər. Bunu Qərb dairələri kifayət qədər yaxşı bilir.

Belə olan halda Azərbaycanı Ermənistana hücum edəcəyi barədə proqnoz vermək absurd düşüncədən başqa bir şey deyil. Məhz erməni lobbisinin maliyə dəstəyi ilə həyata keçirilən bu siyasətin “ana xəttini” Azərbaycanı hər vəchlə gözdən salmaq və Avropada sevilməyən bir ölkəyə çevirməkdir. Ölkəmizi demonizə edərək, Qərbdə gedən proseslərdən kənarlaşdıra və imicini korlaya biləcəyini düşünənlər yanılır.

Bu gün Azərbaycan Qərbin əsas qaz təchizatçılarından biridir və özlərinin adlandırdığı kimi etibarlı tərəfdaşdır, müxtəlif layihələrə rəhbərlik edir, COP-29 kimi mötəbər tədbirə evsahibliyi edir.

Avanturist qüvvələrdə başa düşür ki, Azərbaycanın hər zaman yeganə tələbi 30 il kimi uzun müddət ərzində torpaqlarımızı işğalda saxlayan Ermənistanın əraziləri tərk etməsi və ərazi bütövlüyünü bərpa etmək olub. Məhz BMT TŞ-nin bu məsələ ilə əlaqədar qəbul olunmuş 4 qətnaməsini tanımayan və hər addımda təxribatlara yol verən Ermənistanın bu illər ərzində atdığı bütün addımlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Göstərmiş olduğu qeyri-adekvat reaksiya, təxribatlar həm də bu qətnamələri qəbul edən ölkələrə göstərilən hörmətsizlik idi.

Azərbaycan ərazisində seperatçı rejim və “boz zona” görmək istəmir, təməl haqqı olan ərazi bütövlüyünü bərpa və suverenliyini bərqərar edib.

İndi daha aydın olur ki, 2020-ci ilin noyabr ayının 10-da Ermənistanın imzaladığı kapitulyasiya sənədi ilə ordusunun Qarabağdan çıxarılmasını üzərinə vəzifə olaraq götürmüşdü, daha sonra nə baş verdisə bu şərtə riayət etmədi, əksinə sistemli şəkildə təxribatlara davam etdi.

Bu gün aydın şəkildə başa düşülür ki, Ermənistanın həmin zaman üzərinə götürdüyü öhdəliklərdən imtina etməsinin arxasında duran gizli əl elə Fransa imiş. Həmin dövrdə gizli bu gün isə aşkar dəstək verən Fransa heç bir vəchlə regionda sülhün sabitliyinə imkan vermir, Ermənistanı özündən asılı vəziyyətdə saxlayır.

Adil Əliyev,
Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR