İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyev: “Fiziyevin  göstərdiyi döyüş idmanımız üçün böyük uğurdur”   VİDEO

1269 19.03.2023 18:19 İdman A A

Martın 18-də (2023-cü il) Londonda keçirilən UFC döyüşlərində Rafael Fiziyev Azərbaycanı təmsil etdi.

Bu yarışda həmyerlimizi dəstəkləmək üçün Londondan və Azərbaycandan gələn həmyerlilərimiz salonun hər tərəfində üç rəngli şanlı bayrağımızı dalğalandırırdılar.

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) fəxri prezidenti Adil Əliyev və AKF prezidenti Orxan Əliyev,  Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyev "O2 Arena"da Rafael Fiziyevi dəstəkləyirdi.

Musavat.com xəbər verir ki, Milli Məclis sədrinin müavini Adil Əliyev turnirlə bağlı aşağıdakıları bildirib:

“Həmyerlimiz Rafael Fiziyevin UFC-286 (MMA) turnirində Castin Geyci ilə döyüşünü izləmək və dəstək olmaq üçün dəvət əsasında London şəhərindəyik. Rafael Fiziyev yarışda ciddi səy göstərsə də, təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədi. Hər bir halda idmançımızın belə bir mötəbər turnirdə iştirakı və göstərdiyi döyüş idmanımız üçün böyük uğurdur. Bütün azərbaycanlı idmançılara beynəlxalq yarışlarda qələbə arzu edirəm”.

Həmin yarışdan videonu təqdim edirik:

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR