İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ vətəndaşlarını bu ölkədən çıxarır

734 21.03.2024 01:36 Dünya A A

ABŞ vətəndaşlarını Haitidən təxliyə etməyə başlayır.

Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel deyib.

“Martın 20-dən etibarən ABŞ hökuməti Amerika vətəndaşlarının Haitidən, Port-au-Prinsdən təhlükəsiz çıxışını asanlaşdırır. Biz Port-au-Prinsdən Santo Dominqoya, Dominikan Respublikasına helikopterlə çarter reyslərini təşkil edirik, burada konsulluq yardımı göstərmək üçün ABŞ hökuməti əməkdaşları iştirak edir. Santo Dominqodan ABŞ-a çatma məsuliyyətini Amerika vətəndaşlarının özləri daşıyacaqlar”, - deyə bildirilib.

Qeyd edək ki, bir müddətdir Haitidə siyasi vəziyyət qeyri-stabil olaraq qalır. Silahlı dəstələrlə hökumət qüvvələri arasında toqquşmalar yaşanır.//Axar.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR