İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Fransanın Minsk Qrupuna ehtiyacı var: Kaliforniya və Marsel problemləri həllini gözləyir

3174 29.08.2022 19:31 Analitika A A

Əlcəzairdə əhalinin 25 faizinin kütləvi qətliamı ilə hərbi cinayət törətmiş Fransa oğurluq və terrorçuluqdan başqa heç nə bacarmayan ermənilər üçün “ədalət” axtarır... ABŞ-ın Kaliforniya ştatında və Fransanın Marsel bölgəsində yaşayan ermənilər nə vaxtsa, bu iki ölkədə yeni “artsax” yaratmaq fürsətini qətiyyən əldən buraxmazlar...

ABŞ və Fransanın ermənipərəst dövlət olduğu heç kimdə şübhə yeri buraxmayan reallıqdır. Hətta bu iki dövlət dünyada nə qədər nüfuzlu olsalar da, onların Cənubi Qafqaz siyasətləri erməni diasporunun girovuna çevrilib. Həm Ağ Ev, həm də rəsmi Paris bu regiona yönəlik siyasi kurslarını məhz “erməni faktoru” üzərində qurur.

Səbəbsə, çox sadədir. Erməni diasporu həm ABŞ-da, həm də Fransada seçki faktorudur. Hətta müəyyən mənada, ABŞ və Fransada prezidentləri ermənilərin seçdiyi ilə bağlı təəssüratlar mövcuddur. Yəni, dünyanın iki nəhəng ölkəsi özlərinə normal dövlət qura bilməyən, ən yaxşı bacardıqları iş oğurluq və terrorçuluq olan ermənilərin qarşısında acız durumdadır.

Üstəlik, Cənubi Qafqaz siyasətləri “erməni faktoru” üzərində qurulan bu iki dövlət həm də regionda “ədalətli sülh” prosesinə vasitəçilik iddasındadır. Halbuki, Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycan ABŞ və Fransanın “ədalətli sülh” prinsipləri ilə çox yaxşı tanışdır. Hər halda, Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesinin 30 il ərzində uzadılmasında Ağ Ev və rəsmi Parisin “xüsusi xidmətləri” var.

323243546645b9a0ad652aba73e092f9.jpeg (111 KB)

Nə qədər qəribə də olsa, Azərbaycan ordusu 30 illik problemi artıq həll etsə də, ABŞ və Fransa öz ermənipərəst mövqelərinə hələ də sadiqdir. Bu iki dövlət elə indi də Ermənistanı dəstəkləyir, rəsmi İrəvanın mövqelərini gücləndirmək üçün əllərindən gələn hər şeyi edirlər. Hətta artıq fəaliyyətini dayandırmış Minsk Qrupunu yenidən reabilitasiya etmək üçün mənasız və məntiqsiz cəhdlər də göstərirlər.

Maraqlıdır ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ və Fransanın ermənipərəst mövqeyini bu dövlətlərin səfirlərinin son davranışları ilə tam dəqiq ifadə edib. Belə ki, Hikmət Hacıyev ABŞ və Fransa səfirlərinin Şuşada keçirilən beynəlxalq tədbirə qatılmamalarına tənqidi münasibət bildirib: “ABŞ və Fransa səfirləri növbəti dəfə Şuşaya getməkdən imtina edib. Onlar tədbirdə iştirak edən xarici diplomatlar arasında yoxdur. Bununla da onlar Azərbaycan hökumətinin dəvətinə açıq hörmətsizlik ediblər. Biz bunu Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndiririk".

Halbuki Şuşada təşkil olunan tədbirdə 60 ölkə və 19 beynəlxalq qurumu təmsil edən 100 nəfərdən artıq xarici diplomat iştirak edirdi. Ancaq “beynəlxalq ədalət carçısı” statusuna iddialı olan ABŞ və Fransa diplomatları görünür, ermənilərin xətrinə dəymək istəməyiblər. Və bu, onların “ədalət anlayışı”nı təxmin etməyə tamamilə imkan verir.

Əslində, bu dövlətlərin nə qədər “ədalətli” olduqları elə onların tarixində “qara səhifələr”lə yer tutur. Əks halda, Fransa prezidenti Emmanuel Makron bir neçə gün öncə reallaşdırdığı Əlcəzair səfərində yerli əhalinin “Rədd ol, ölkənə...” bağırtıları ilə qarşılanmazdı. O qədər də uzaq olmayan keçmişdə Fransa Əlcəzairdə soyqırım törətdiyi üçün bu ölkənin prezidentinə də əlcəzairlilərin nifrəti başadüşüləndir.

fffee5eec0-d8b3-4374-90a2-a2bf83004fc9.jpg (169 KB)

Ancaq anlaşılmayan məqam tamam fərqlidir. Belə ki, Fransa Əlcəzairdə iki dəfə “etnik təmizləmə” aparıb. Fransanın hərbi cinayətləri ucbatından Əlcəzair əhalisinin 25 faizi kütləvi şəkildə qətliama məruz qalıb. İndi belə bir dəhşətli bəşəri cinayətləri törətmiş Fransa Türkiyəni ermənilərin uydurduğu qondarma “soyqırım”da suçlayır. Azərbaycan ərazilərini 30 il işğalda saxlamış ermənilərə xoş görünmək üçün Fransanın səfiri Şuşaya səfərdən yayınır.  

ABŞ səfiri isə rəsmi Bakının sərt etirazından sonra öz qeyri-etik davranışını “daimi dialoq”, “uzunmüddətli və davamlı sülh” və s. söz yığını ilə izah etməyə çalışıb. Üstəlik vuurğulayıb ki, guya ABŞ dünyada Azərbaycanın müstəqilliyini və suverenliyini ən güclü şəkildə dəstəkləyən dövlətdir. Ancaq ABŞ səfiri belə olan təqdirdə, müstəqil Azərbaycanın suveren ərazilərinə, tarixi Şuşa şəhərinə niyə səfər etməkdən yayındığını izah etməyi unudub.

Əlbəttə ki, hər iki səfirin nə deməsindən asılı olmayaraq, Cənubi Qafqazda sülhün və sabitiyin möhkəmlənməsinin ABŞ və Fransanın maraqlarına cavab vermədiyini düşünmək üçün kifayət qədər ciddi əsaslar mövcuddur. Çünki, bu sülhün və sabitliyin təməlində ABŞ və Fransanın himayə etdiyi Ermənistanın biabırçı məğlubiyyəti yatır. Bu səbəbdən də ABŞ və Fransanın siyasi dairələri Cənubi Qafqazda “münaqişə”nin sona çatmadığını sübuta yetırmək üçün əllərindən gələn hər şeyi edirlər.

ATƏT-in Minsk Qrupu 44 günlük II Qarabağ savaşından sonra öz əhəmiyyətini itirib. Halbuki, savaşdan öncə də bu qurum həmsədrlərin “turist səfərləri” nəzərə alınmazsa, demək olar ki, fəaliyyət göstərmirdi. İndisə, Azərbaycan ordusu Minsk Qrupunun 30 il ərzində nizamlaya bilmədiyi “münaqişə”ni artıq həll edib. Və bu quruma artıq ümumiyyətlə, ehtiyac qalmayıb.

absh--ermeni-artsax.jpeg (147 KB)

Rusiya bu vəziyyətlə barışıb, Minsk Qrupunun fəaliyyətinin dayandırıldığını bəyan edib. Azərbaycan Minsk Qrupunun ləğv olunduğunu rəsmən bəyanlayıb. Yəni, belə bir beynəlxalq qurun artıq de-fakto mövcud deyil.

Ancaq nə qədər qəribə də olsa, ABŞ və Fransa olmayan Minsk Qrupuna həmsədr təyin etməklə, Ermənistanın mövqeyindən çıxış edir. Ona görə də hesab etmək olar ki, nə vaxtsa, ermənilər ucbatından həm ABŞ-ın, həm də Fransanın Minsk Qrupuna və yaxud buna bənzər beynəlxalq quruma həqiqətən ehtiyacı yaranacaq. Çünki ermənilər hansı ölkədə yaşayırlarsa, bir müddətdən sonra həmin ərazilərin tarixən onlara məxsus olduğunu iddia etməyə vərdişlidirlər.

Bu baxımdan, yəqin ki, nə vaxtsa, ABŞ-ın Kaliforniya ştatında yaşayan ermənilər orada yeni “artsax” yaratmaq fürsətini əldən buraxmazlar. Ermənilər eyni separatizmi kompakt yaşadıqları Fransanın Marsel bölgəsində də törədə bilərlər. Həmin vaxt ABŞ-ın “Kaliforniya münaiqşəsi”ni, Fransanın isə “Marsel problemi”ni həll etmək üçün Minsk Qrupuna həqiqətən də ehtiyacları olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR