İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Fransa nəyə çalışır...

1240 18.10.2022 09:40 Yazarlar A A

Prinsipcə, Azərbaycan Dağlıq Qarabağ, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində ABŞ-ın və yaxud da Fransanın xidmətindən tamam imtina etməyib.

Təkcə bu il Fransa Prezidentinin iştirakı ilə iki dördtərəfli görüş keçirilibdir. Eləcə də ABŞ-la da dialoq davam edir. Bilavasitə prezident Co Baydenin özü ilə olmasa da, dövlət katibi Blinkenlə müzakirələr, telefon danışıqları olub.

Bəs onda problem nədədir? Bakı Minsk Qrupunun xidmətlərindən imtina edib, çünki onları səmərəsiz hesab edir. Həqiqətən də onlar, yəni həmsədrlər otuz il turist kimi gəlib-getdilər, fəqət, bir səmərəsi olmadı və bu diplomatik turistlər ağıllarına belə gətirmədilər ki, sonsuz olaraq belə davam edə bilməz, erməni azğınlığının bir sonu olmalıdır.

Bu sonu məcbur olub Azərbaycan özü gətirdi. Neylədi Bakı? BMT-nin dörd qətnaməsinin tələblərini özü yerinə yetirməli oldu, ona görə ki, indi Qarabağ məsələsini BMT-nin müzakirəsinə çıxarmağa cəhd edən Paris bunu Azərbaycanın problemi ilə bağlı etmədi. Hətta BMT-də Azərbaycanın ərazi bütövlüyü müzakirə olunanda digər iki həmsədrlər kimi Paris də bitərəf qaldı...

İndi, otuz il keçəndən sonra Azərbaycanın sayəsində problem ölü nöqtədən tərpənibdir. Danışıqlar əsasən iki müstəvidə davam edir: biri Rusiya müstəvisidir, digəri isə Avropa İttifaqı. Minsk Qrupuna görə nostalji yaşayan ABŞ və Fransa nədənsə nəzərə almırlar ki, həmsədrləri Avropa İttifaqı əvəz edir, özü də pis əvəz etmir...

Qərəz, məsələ çox qəlizdir. Bir tərəfdən Rusiya da nəinki Minsk Qrupunun həmsədrləri formatının bərpa olunmasını istəmir, həm də indiki Avropa İttifaqı formuluna da qarşı çıxır. Bakını Minsk Qrupu həmsədrlərindən savayı bütün qalan formatlar qane edir. Ermənistan isə yenə də ikili oyun oynamaqda davam edir. Bir tərəfdən bir müttəfiq kimi guya Rusiyaya sadiq qalır, o biri tərəfdən ABŞ-ın və Fransanın köməyilə suyu bulandırmağa cəhd edir. Bu yaxınlarda Praqa görüşündə İrəvan iki ay müddətə bölgəyə Avropanın xüsusi missiyasını gətirməyə çağırış etdi və əlbəttə ki, Bakı ümumi şəkildə buna razı olmadı, amma ki, missiyanın Ermənisatn ərazisnidə yerləşəcəyi təqdirdə ona etiraz etməyəcəyini də bəyan etdi.

Düşünürük ki, Rusiya bundan razı qalmayacaq, çünki İrəvan sözün əsl mənasında geosiyasi şpaqata oturmağa qərar verdi. Maraqlısı budur ki, Praqa görüşündən dərhal sonra MDB-nin də toplantıları keçirildi və bu toplantılarda Azərbaycanın prezidenti kimi Ermənistanın da baş naziri iştirak etdi.

Rusiya və Belarus Praqa görüşünə dəvət almamışdı. Xüsusən də Rusiya Praqada baş verənlərdən birinci şəxslərin özündən - Azərbaycan və Ermənistan liderlərindən məlumat almaq istəyiridi. Düşünürük ki, Kreml bu istəyinə nail oldu, ən azı rəsmi Bakı Moskva ilə heç bir ikibaşlı oyun aparmır və məşhur noyabr razılaşmasının prinsiplərinə sadiq qalır. Di gəl, bunu nəinki İrəvan, hətta Moskva haqqında demək olmur - onların hər birir yorğanı öz üzərinə çəkmək istəyir. İrəvan ABŞ-ın və Fransanın vasitəsilə Rusiyaya təzyiq etmək istəyir. Rusiya isə çalışır ki, Avropanın çətiri altında aparılan danışıqlar baş tutmasın, ona görə ki, bu halda hər iki tərəfin bir seçimi qalacaq - Moskva...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR