İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynaya 300 milyon dollarlıq yeni hərbi yardım paketi ayırıb

364 12.03.2024 21:21 Dünya A A

ABŞ Ukraynaya 300 milyon dollarlıq ATACMS taktiki raketlərini ötürmək niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” qəzeti Amerika administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, yeni hərbi yardım paketinə ABŞ köhnə modifikasiyalı, “atış məsafəsi 100 mil (160 km – red.) olan və yüzlərlə kasetli sursat daşıya bilən ATACMS raketlərini daxil edəcək”.

Bundan əlavə, yeni yardım paketinə 155 mm-lik artilleriya sursatının, həmçinin GMLRS (Guided Multiple Launcher Rocket System) idarə olunan raketlərinin daxil olacağı gözlənilir.

Reuters daha əvvəl yazmışdı ki, Birləşmiş Ştatlar Ukraynaya bir neçə aydan sonra ümumi məbləği 400 milyon dollar olan ilk hərbi yardım paketini təqdim etməyə hazırlaşır. Vaşinqtonun bu günə qədər verdiyi 250 milyon dollar məbləğində hərbi yardımın son tranşı 2022-ci ildə Konqres tərəfindən təsdiqlənmiş vəsait hesabına 2023-cü ilin dekabrında Kiyevə göndərilib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR