İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynaya 175 milyon dollarlıq yeni silah paketi ayırıb

375 07.12.2023 01:11 Dünya A A

ABŞ Ukraynaya 175 milyon dollar dəyərində yeni silah paketi ayırıb.

“Ukraynaya kömək etmək üçün məhdud resurslardan əldə edilən bu paket 175 milyon dollara qədər silah və texnikanı əhatə edir”, - ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Bildirilib ki, paketə HIMARS çoxsaylı buraxılış raket sistemləri, AGM-88 HARM antiradar raketləri, artilleriya mərmiləri, zirehli deşici mərmilər, atıcı silah sursatları, maneələrin məhv edilməsi üçün dağıdıcı döyüş sursatları, mühüm infrastrukturun mühafizəsi üçün avadanlıqlar, eləcə də ehtiyat hissələri və köməkçi avadanlıqlar daxildir.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR