İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ təsdiqlədi: Ukrayna yaxın vaxtlarda əks-hücuma keçəcək

846 07.04.2023 12:58 Son xəbər A A

ABŞ dövlət katibi Entoni Blinken Ukrayna hakimiyyətinin Rusiyanın əlində olan bütün əraziləri, o cümlədən Krımı azad edəcəyi ilə bağlı bəyanatlarına münasibət bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Entoni Blinken Almaniyanın “Funke” media qrupuna və Fransanın “Ouest-France” qəzetinə müsahibəsində danışıb.

“Bu qərarları Ukrayna qəbul etməlidir. Ukrayna demokratik ölkədir. Prezident Vladimir Zelenski ölkəyə rəhbərlik etmək üçün məsuliyyət daşıyır. Lakin o, həm də ukraynalıların iradəsini nəzərə almalıdır”, - deyə ABŞ dövlət katibi söyləyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar bir çox başqa ölkələrlə birlikdə Ukraynaya ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini müdafiə etməkdə kömək etməyi öhdəsinə götürüb.

“Bizə bu köməyin nəticəsinin qarşıdakı həftələrdə və aylarda necə olacağını görmək qalır”, - deyə ABŞ rəsmisi qeyd edib.

Blinkenin bildirdiyinə görə, Ukraynanın partnyorlarının iki məqsədi var. “Onlardan biri Ukraynaya əraziləri geri almağa yardım göstərmək üçün əlimizdən gələni etməkdir. İkincisi, Ukraynaya orta və uzunmüddətli perspektivdə hərbi və iqtisadi potensialını artırmasına ciddi dəstək göstərməkdən ibarətdir” - deyə ABŞ dövlət katibi deyib.

Entoni Blinken Rusiya dövləti kursunu dəyişənə qədər ona qarşı sanksiya və təzyiq rejimini saxlayacaqları sözünü verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR