İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ təsdiqlədi: İran hədəflərinə zərbələr endirəcək

1136 02.02.2024 03:53 Dünya A A

ABŞ administrasiyası İraq və Suriyada yerləşən İran hədəflərinə və hərbi personalına zərbələr endirmək planlarını təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Amerika rəsmiləri “CBS News”a açıqlamalarında təsdiqləyiblər.

Qeyd olunur ki, zərbələr ABŞ-ın bölgədəki bazalarına hücumlara cavab olaraq həyata keçiriləcək.

Rəsmilər əlavə edib ki, zərbələrin endirilməsi zamanı əsasən hava şəraiti nəzərə alınacaq. Qeyd edilir ki, ABŞ pis hava şəraitində də hücumlar həyata keçirə bilər, amma mülki əhali arasında itkilərin qarşısını almaq üçün daha yaxşı görmə qabiliyyətinin olduğu havaya ehtiyac var.

Xatırladaq ki, yanvarın 29-da ABŞ Dövlət katibi Antoni Blinken bölgədəki Amerika qoşunlarına və maraqlarına qarşı hücumlara reaksiyanın bir neçə mərhələli, çoxsəviyyəli və uzunmüddətli ola biləcəyini açıqlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR