İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfirliyi bu jestə görə Azərbaycana təşəkkür etdi – FOTO

722 02.07.2026 15:21 Dünya A A

ABŞ-ın Müstəqillik Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində Bakıda diqqətçəkən jest nümayiş olunub.

Musavat.com xəbər verir ki, Amerika müstəqilliyinin 250 illiyinin qeyd olunmasına hazırlıq ərəfəsində Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri – qırmızı, ağ və mavi işıqlarla işıqlandırılıb.

Bu addım ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən yüksək qiymətləndirilib. Səfirlik bununla bağlı sosial media hesabında paylaşım edərək Azərbaycan xalqına təşəkkürünü ifadə edib.

Paylaşımda deyilir: "Təşəkkür edirik, Azərbaycan! ABŞ iyulun 4-də Amerika müstəqilliyinin 250 illiyini qeyd etməyə hazırlaşarkən, çərşənbə axşamı Bakının möhtəşəm Olimpiya Stadionunun ABŞ bayrağının qırmızı, ağ və mavi rənglərinə bürünməsi bizi çox sevindirdi.
Bu dəyərli jest Amerika və Azərbaycan xalqları arasında davamlı dostluğun, qarşılıqlı hörmətin və möhkəm tərəfdaşlığın gözəl rəmzidir".

Qeyd edək ki, ABŞ hər il iyulun 4-də Müstəqillik Gününü qeyd edir. Ötən gün bu münasibət ilə Amerikanın Azərbaycandakı səfirliyində mərasim keçirilib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR