İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiyaya görə daha 17 gəmini qara siyahıya saldı

335 18.01.2024 19:56 Dünya A A

ABŞ Maliyyə Nazirliyi Liberiya bayrağı altında üzən 17 quru yük gəmisi və neft tankerini sanksiya siyahısına əlavə edib.

Musavat.com xəbər verir ki, nazirliyin bu barədə yaydığı yazılı açıqlamasında deyilir ki, gəmilər Rusiyaya qarşı sanksiyalardan yayınmaqla malların, neftin daşınmasında iştirak ediblər.

Sənəddən aydın olur ki, sanksiya siyahısına Əbu Dabinin (BƏƏ) “Hennesea Holdings Limited” gəmiçilik şirkəti də daxil edilib.

Qeyd edək ki, ötən ilin ikinci yarısından etibarən ABŞ və Avropa İttifaqı Rusiyanın qiymət tavanından yuxarı satdığı nefti daşıyan tanker və şirkətlərə qarşı nəzarəti və sanksiyaları sərtləşdirib.

Nəticədə oktyabr ayından etibarən Rusiyanın bir sıra alıcılara, o cümlədən əsas alıcısı olan Hindistana neft satışında ciddi azalma qeydə alınmaqdadır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR