İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Respublikaçılarından Ukraynaya daha bir ZƏRBƏ

711 07.12.2023 15:36 Dünya A A

ABŞ Senatında Ukrayna və İsrailə milyardlarla dollarlıq yeni hərbi yardım nəzərdə tutan qanun layihəsi Senatda republikaçılar tərəfindən bloklanıb.

Musavat.com xəbər verir ki, səsvermədə layihəyə 49 senator lehinə, 51 senator isə əleyhinə səs verib. Bu o deməkdir ki, 110,5 milyard dollarlıq maliyyələşdirmə ilə bağlı qanun layihəsi tələ olunan 60 səslik dəstəyi ala bilməyib.

Səsvermədə respublikaçı senatorların hamısı bir nəfər kimi eyni mövqedən çıxış edib. Müstəqil namizəd sayılan, lakin çox vaxt siyasi mövqeyi ilə demokratlara yaxınlığı ilə biliən Beri Sandersin də onlarla birlikdə olması diqqət çəkib. Yəhudi əsilli Sanders İsrailin Qəzzaya qarşı əməliyyatlarına qarşı mövqeyi ilə seçilib. Onun əleyhinə səs verməsi də məhz İsraillə bağlıdır.

Maraqlıdır ki, ABŞ Senatında Demokratlaırn fraksiyasının rəhbəri Çak Şumer də layihənin əleyhinə səs verib. Şumer bunu sonraa layihələrə dəyişiklik edə bilmək imkanını qazanmaq üçün etdiyini deyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR