İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin erməni maskası: Azərbaycan əleyhinə hesabatda nələr var?

1666 05.01.2024 16:21 Siyasət A A

“Azərbaycanın region dövlətləri arasında artan hörməti ABŞ-da bəzi dairələri narahat edir”- Azər Hüseynov

ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabat hazırlayıb. Hesabatda həmişəki kimi Azərbaycanla bağlı hissədə yenə də həqiqətə uyğun olmayan, əsassız, reallıqla əlaqəsi olmayan və qərəzli iddialar öz əksini tapıb.

Dünyada dini və milli tolerantlığın hökm sürdüyü Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilib.

Ən əsası hesabatın Azərbayacana aid olan hissəsi dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan tərəfindən hazırlanıb.

Bu xanım Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub. O, Livanın Los-Ancelesdəki konsulluğunda işləyib.

"Foreign influence laws"ın qənaətincə, başqa ölkəyə çalışan bir şəxsin ABŞ Dövlət Departamentində işləyərək bu dövlətin xarici siyasətinin müəyyənləşməsində iştirak etməsi qeyri-qanunidir.

Təəssüflə qeyd edilməlidir ki, hesabatda ərazilərimizin 30 il işğal altında saxlanması və yüz minlərlə azərbaycanlının öz doğma torpağından qovulması, 60-dan artıq məscidin, dini-mədəni obyektlərin darmadağın edilməsi nəzərə alınmayıb. Qeyd etmək yerinə düşər ki, Qərbin, ermənilərin bundan əvvəl də Azərbaycana qarşı din adı altında iftiralar atmasının şahidi olmuşuq.

Siyasi şərhçi, AĞ Partiya başqanının ideoloji məsələlər üzrə müşaviri Azər Hüseynov mövzu ilə bağlı Musavat.com-a fikirlərini açıqlayıb.

WhatsApp Image 2024-01-05 at 16.09.19.jpeg (32 KB)

O deyib ki, dini məsələlərlə Qərbin bəyanatları insanın yadına Quantanamo və Əbu Qureybi xatırladır:

“Bir sıra humanitar təşkilatlar, ictimai xadimlər bunu dilə gətirib ki, bu yerlərdə istintaq zamanı insan hüquqları pozulub və insanlara işgəncə verilib. Dini abidələrin dağıdılması dedikdə isə minarəsi bombalanan İraqdakı məscidlər yada düşür. Eyni zamanda, ermənilərin məscidlərdə donuz otarması yada düşür. O ki qaldı dinlə əlaqəsi olmayan məsələlərin bəyanata salınması bu qərəzdən xəbər verir. Neoimperializmlə ermənilərin maraqlarının birləşməsindən xəbər verir”.

Ekspert əlavə edib ki, Azərbaycanın region dövlətləri arasında artan hörməti belə görünür ABŞ-da bəzi dairələri narahat edir:

“Eyni ilə Prezident İlham Əliyevin "biz ərazimizi kimin üçünsə regionda əmin-amanlığı pozacaq platsdarma çevirmərik" bəyanatları da belə görünür ABŞ-da müəyyən dairələri narahat edir. Sənəddə ermənilərin imzası isə ümumən onun ədalətliliyini ortadan qaldırır. Azərbaycanda neoimperialistlərin çox qayğılandığı "qeyri islami azlıqlar"ın hüquqları heç vaxt pozulmayıb. Amerikaya görə yox bu bizim milli və dini xüsusiyyətimizdir. Bizi ittiham edən ölkənin polisləri Afroamerikalıları hələ də öldürməkdə davam etmirmi? Bizi ittiham edən ölkənin tarixində bir Xirosima və Naqasaki vardır. Görünən odur ki, Amerikanın xarici siyasətini lobbi amili müəyyən edir. Özü də erməni lobbisi. Bu bəyanatı hazırlayanlar Ermənistana niyə demir ki, 300 min Azərbaycan türkü və müsəlman haradadır? Məscidlər, qəbirlər haradadır?. Azərbaycanı öz istəyi və hamilərinin müşayiəti ilə tərk edən ermənilərin hansına təcavüz edildi, malı əlindən alındı. ABŞ Yaxın Şərqə baxanda görəsən nə görür? Bir milyon iraqlı uşağı görəsən kimin bombaları öldürdü? Aşbaxyanın hazırladığı bəyanatın bir dəyəri olmaz. Artıq dünya dəyişir. Biz də bunu görürük”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR