İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin Avropadakı bazalarında son 10 ildə ilk dəfə "Çarli" təhdid səviyyəsi elan edilib

813 01.07.2024 03:22 Dünya A A

ABŞ-nin Avropadakı bir neçə hərbi bazası mümkün terror təhlükəsi səbəbindən yüksək hazırlıq vəziyyətinə gətirilib.

APA xəbər verir ki, bu barədə iki ABŞ rəsmisi “CNN“-ə danışıb.

Bildirilib ki, həftə sonu Avropa Komandanlığının qərargahının yerləşdiyi Ştutqartdakı ABŞ Ordusu Qarnizonu da daxil olmaqla bazaların təhlükəsizlik səviyyəsi ən yüksək (Çarli) səviyyəyə qaldırılıb.

Avropa bazalarından birində yerləşən mənvə “ən azı 10 ildir” belə bir təhlükə görmədiklərini söylədi. Onun sözlərinə görə, bu, adətən “aktiv etibarlı təhlükənin” alınmasını göstərir.

ABŞ-nin Avropa Komandanlığının sözçüsü Den Dey xüsusi müdafiə səviyyələri ilə bağlı şərh verməyib.

Hərbçi yalnız qeyd edib ki, onlar təhlükəsizliyə təsir edən amilləri daim qiymətləndirirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR