İnsanlara hürriyət, millətlərə istiqlal!

“ABŞ neokolonial siyasətinin yükünü öz peyklərinə yükləyir” - Medvedyev

477 16.02.2024 15:37 Dünya A A

Amerika Birləşmiş Ştatları öz neokolonial siyasətini təkbaşına həyata keçirmək iqtidarında deyil, ona görə də bu cür siyasətin həyata keçirilməsi ilə bağlı xərclərin yükünü öz peyk ölkələrinin üzərinə qoyur.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu “Vahid Rusiya” partiyasının sədri, RF Təhlükəsizlik Şurası sədrini müavini Dmitri Medvedyev Moskvada “Millətlərin azadlığı uğrunda” adlı forumda çıxışı zamanı deyib.

“Birləşmiş Ştatlar hamını öz iradəsinə tabe etdirməyə çalışır, belə bir qlobal döyüşdə təkbaşına qalib gəlməyə qadir deyil və buna görə də öz peyklərini neokolonial siyasətin həyata keçirilməsinə cəlb etməkdə davam edir. Onlar artıq bütün əlaqədar xərclərin ağır yükünü daşıyırlar. Çox vaxt onlar buna sevinmirlər, lakin bu kursa getməyə məcbur olurlar”, - deyə o qeyd edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR