İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ müsadirə etdiyi Rusiya aktivlərindən ilk 500 min dolları Estoniyaya verdi – Ukraynaya çatdırılacaq

569 17.02.2024 19:54 Dünya A A

Birləşmiş Ştatlar ilk dəfə olaraq Ukraynaya yardım üçün Estoniyaya “müsadirə edilmiş Rusiya vəsaitlərindən” təxminən 500 min dollar köçürüb.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin bəyanatında məlumat açıqlanıb.

ABŞ ədliyyə nazirinin birinci müavini - baş prokuror Liza Monako və Estoniya Ədliyyə Nazirliyinin rəhbəriTonis Saar bu gün Münhen Təhlükəsizlik Konfransında müsadirə edilmiş Rusiya vəsaitlərindən Ukraynaya yardım üçün təxminən 500 min dollar köçürüldüyünü elan ediblər.

Bu, Ukraynaya birbaşa yardım məqsədi ilə ABŞ-dan xarici müttəfiqə ilk belə vəsait köçürməsidir: “Müsadirə edilmiş vəsait Estoniyaya köçürülür, çünki mövcud şərtlər onların birbaşa Ukraynaya çatdırılmasına imakn vermir. Estoniya bu vəsaiti Rusiya qoşunları tərəfindən qəsdən hücuma məruz qalan Ukraynanın elektrik paylayıcı və ötürücü sistemlərinin zədələnməsinin qiymətləndirilməsi və kritik təmir işlərinin sürətləndirilməsi layihəsi üçün istifadə edəcək”.

Nazirlik bildirir ki, bu vəsaitlər “müdafiə sektorunda və nüvə silahının yayılması sahəsində istifadə olunan yüksək dəqiqlikli Amerika istehsalı olan dəzgahı Rusiyaya idxal etməyə cəhd edən qeyri-qanuni satınalma şəbəkəsinin ifşasından sonra ABŞ tərəfindən müsadirə edilib”.

Bundan əlavə, "14 fevralda satınalma sxemində iştirakda ittiham olunan Latviya vətəndaşı ABŞ-ın ixrac qanunlarını pozmaqda təqsirli olduğunu etiraf edib."

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR