İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İranda su anbarını VURDU - 20 min insan...

969 10.06.2026 13:33 Dünya A A

ABŞ-nin su anbarlarına endirdiyi zərbələr nəticəsində İranın Hörmüzqan əyalətinin azı 20 min sakini su təchizatından məhrum olub.

Musavat.com xəbər verir ki, bu barədə əyalətin Su Təchizatı və Kanalizasiya Şirkətinin baş direktoru Həmzə Pur bəyanat verib.

"Kohestak şəhəri və Bamani rayonunun ümumi əhalisi 20 min nəfər olan 10 kəndini su ilə təmin edən, 500 və 2 000 kubmetr tutumlu iki beton rezervuarı, həmçinin müvafiq mexaniki avadanlıqları əhatə edən içməli su paylama infrastrukturu ABŞ-nin hücumları nəticəsində dağıdılıb", - deyə "Fars" agentliyi onun sözlərini sitat gətirib.

Şirkət direktorunun sözlərinə görə, hazırda sözügedən yaşayış məntəqələrinə suyun verilməsi dayandırılıb və alternativ təchizat variantları üzərində iş aparılır.

Qeyd edək ki, daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Hörmüz boğazı üzərində Amerikanın "Apache" helikopterinin vurulmasından sonra İran ərazilərinə zərbələr endirildiyini açıqlayıb. Cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Yaxın Şərq regionundakı bazalarına hücum edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR