İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna "Mavi axın" qaz kəmərinin stansiyasına hücum etdi

679 08.07.2026 20:13 Dünya A A

"Qazprom" şirkəti bildirib ki, iyulun 7-də axşam saatlarında Ukrayna pilotsuz uçuş aparatları (PUA) Rusiyadan Türkiyəyə qaz nəqlində istifadə olunan "Krasnodarskaya" kompressor stansiyasına hücum edib.

Musavat.com xəbər verir ki, şirkətin açıqlamasında qeyd olunur ki, hücum "Mavi axın" qaz kəməri ilə Rusiya qazının Türkiyəyə fasiləsiz nəqlini pozmaq məqsədi daşıyıb. "Qazprom" hazırda dəymiş ziyanın aradan qaldırıldığını, lakin operativ tədbirlər nəticəsində qaz nəqlində hər hansı fasilə yaranmadığını və tədarükün standart rejimdə davam etdiyini vurğulayıb.

İyulun 7-si axşam saatlarında Krasnodar diyarının operativ qərargahı Severski rayonunun Smolenskaya kəndində PUA qalıqlarının düşməsi nəticəsində müəssisələrdən birinin ərazisində yanğın baş verdiyini bildirmişdi. Rəsmi qurumlar həmin obyektin adını açıqlamasa da, "Astra" nəşri yayılan videoları təhlil edərək hücuma məruz qalan obyektin məhz "Krasnodarskaya" kompressor stansiyası olduğunu müəyyən edib.

Qeyd edək ki, "Mavi axın" Qara dənizin dibi ilə Rusiyadan birbaşa Türkiyəyə qaz nəql edən mühüm ixrac marşrutudur və illik təxminən 16 milyard kubmetr ötürmə gücünə malikdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR