ABŞ və İran arasında razılaşdırılmış memorandumun imzalandığı və qüvvəyə mindiyi açıqlanıb.
Musavat.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi ABŞ və İran arasında memorandumun mətninin rəsmi şəkildə razılaşdırıldığını bildirib.
Onun sözlərinə görə, sənəd hər iki tərəf tərəfindən imzalanıb və elektron formatda təsdiqlənərək hüquqi qüvvəyə minib.
Bəqayi qeyd edib ki, memorandumun imzalanması Vaşinqton və Tehran arasında əldə olunan razılaşmaların yeni mərhələyə keçdiyini göstərir.
Musavat.com






