İnsanlara hürriyət, millətlərə istiqlal!

Superliqa klubu "Qarabağ"ın əsas futbolçusunu istəyir - FOTO

1207 20.06.2026 21:50 İdman A A

Türkiyə Superliqasına vəsiqə qazanan "Çorum" klubu transfer bazarında diqqətini Azərbaycana yönəldib.

"Çorum" klubu "Qarabağ"ın aparıcı yarımmüdafiəçisi Marko Yankoviçi heyətinə qatmaq niyyətindədir.

Məlumata görə, artıq 30 yaşlı monteneqrolu futbolçu ilə ilkin danışıqlara start verilib. Bildirilir ki, təcrübəli oyunçu yeni mövsümdə "Çorum"un orta xəttini gücləndirmək üçün müəyyənləşdirdiyi əsas transfer hədəfləri sırasında yer alır.

Xatırladaq ki, Marko Yankoviç 2022-ci ildən etibarən Ağdam təmsilçisinin uğurları üçün forma geyinir.  (Oxu.Az)

 Superliqa klubu Qarabağın əsas futbolçusunu istəyir - FOTO

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR