İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyanın Putinlə bağlı bu sözləri MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU

1415 20.06.2026 23:34 Dünya A A

RT-nin baş redaktoru Marqarita Simonyanın Vladimir Putin barədə səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, Simonyan çinli politoloq Çjan Veyveyə müsahibəsində Putinin ən mühüm xarakter xüsusiyyətinin mərhəmət olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiya prezidentində bu keyfiyyət o qədər inkişaf edib ki, Putinin mərhəməti onu İsa Peyğəmbərin standartlarına yaxınlaşdırır.

Simonyan qeyd edib ki, Putinin beynəlxalq arenadakı sərt görünən davranışına baxmayaraq, bu xüsusiyyət kənardan hər zaman nəzərə çarpmır. Bununla belə, o vurğulayıb ki, prezidentin “heyrətamiz mərhəməti” onu Putinin komandasının bir hissəsi olmaqdan xüsusi qürur duymağa vadar edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR