İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatın başına oyun açdılar: 10 kilo qızılı əlindən çıxdı

1185 20.06.2026 22:02 Dünya A A

Türkiyədə tanınmış siyasətçi telefon dələduzlarının qurbanına çevrilib.

Musavat.com xəbər verir ki, İYİ Partiyanın deputatı Burhanəddin Kocamaz özünü polis kimi təqdim edən şəxsin aldatmasına məruz qalıb.

Dələduz siyasətçiyə gizli istintaq aparıldığını və əmlakının təhlükə altında olduğunu deyib.

Bu məlumata inanan Kocamaz cinayətkarlara 10 kiloqram qızıl verib və əlavə olaraq iri məbləğdə pul köçürüb.

Aldadıldığını başa düşdükdən sonra deputat hüquq-mühafizə orqanlarına müraciət edib.

Hadisə ilə bağlı aparılan araşdırma nəticəsində şübhəli şəxs İstanbulda saxlanılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR