İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Moskvadakı səfiri Rusiyanı tərk edib

576 07.05.2024 14:14 Dünya A A

Amerika Birləşmiş Ştatlarının Moskvadakı səfiri Lin Treysi Rusiyanı qeyri-müəyyən müddətə tərk edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu mayın 7-də Rusiya Xarici İşlər Nazirliyinin rəis müavini Sergey Ryabkov 1-ci kanalın efirində səfirin indi həqiqətən Rusiya Federasiyasında olub-olmaması ilə bağlı sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, Treysinin gedişi barədə Rusiya Xarici İşlər Nazirliyinə Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasiminə səfirlərin dəvət olunması məsələsi həll edilməzdən bir müddət əvvəl verilib.

Xatırladaq ki, prezident Vladimir Putinin andiçmə mərasimi mayın 7-də günorta saatlarında baş tutub. Mərasimdə Avropanın yeddi ölkəsinin səfirlərinin iştirakı planlaşdırılırdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR