İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın İrəvan qarşısında 7 şərti - 102-ci baza və daha nələr...

1269 19.07.2023 08:25 Gündəm A A

Sülh müqaviləsi ilin sonuna qədər və yalnız Vaşinqtonda imzalanmalıdır?

Bir neçə gün ABŞ-da səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Amerika Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla da görüşüb. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi müzakirə olunub.

Ermənistanın “İravunk” nəşri qeyd edir ki, ABŞ tərəfindən Qriqoryana yeddi tələb təqdim olunub:

- Sülh müqaviləsi ilin sonuna qədər və yalnız Vaşinqtonda imzalanmalıdır;

- Ermənistan cənub rayonlarında 65 min azərbaycanlı qaçqını qəbul etməyi öhdəsinə götürməlidir;

- Zəngəzur bölgəsində Ermənistandakı azərbaycanlıların təhlükəsizlik problemlərini həll edəcək struktur Bakı tərəfindən açılmalıdır;

- Ermənistan 2026-cı ilə qədər Rusiya bazasını öz ərazisindən çıxarmağı və onu Şərq Tərəfdaşlığı proqramı çərçivəsində NATO-nun təlim bölmələri ilə əvəz etməyi öhdəsinə götürməlidir;

- Ermənistan SSRİ-nin xəritələrində qeyd olunan anklavları Azərbaycana qaytarmağı öhdəsinə götürməlidir;

- Zəngəzur dəhlizi beynəlxalq gömrük təşkilatının iştirakı ilə, yəni Rusiyanın iştirakı olmadan açılmalıdır;

- Ermənistan Qarabağdan tamamilə imtina etməlidir.

ABŞ-ın belə prinsipial mövqe sərgiləməsi inandırıcı sayıla bilərmi və belə olarsa, Ermənistan bu tələblərin qarşısında hansı addımları atacaq?

Fikrət Yusifov: 2016-cı ilin büdcəsi: İqtisadi təlatümlər və Azərbaycan  reallıqları

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Azərbaycanın uğurlu xarici siyasətinin bu gün də davam etdiyini söylədi: “Amerika Birləşmiş Ştatları hökumətinin Azərbaycanla Ermənistan arasında  sülh müqaviləsinin imzalanması və iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə irəli sürdüyü şərtlər Azərbaycan diplomatiyasının böyük uğurudur. Azərbaycanı uğursuz xarici siyasətdə ittiham edən sapı özümüzdən olan baltalar utansınlar. Dünyanın aparıcı güclərinin Qarabağ münaqişəsinin həllinə ikili standartlar çərçivəsində yanaşdığı bir dönəmdə, xarici siyasətdə belə uğur qazanmaq o qədər də asan məsələ deyildi. Bunun üçün vaxtında ortaya hədəfə hesablanmış və reallaşdırılması zamanla mümkün olan uzaqgörən bir xarici siyasət strategiyası qoymaq lazım idi və bunu Azərbaycan Prezidenti İlham Əliyev etdi. Məhz onun təmkinli və uzaqgörən baxışları 44 günlük Qarabağ zəfərində olduğu kimi Azərbaycana beynəlxalq siyasət meydanında da yeni uğurlar qazandıra bildi. Bu hələ son deyil. Son Ermənistan tərəfindən Birləşmiş Ştatlar hökumətinin 7 tələbi reallaşdırıldıqdan sonra olacaq. Ermənistan üçün bu yolun alternativi yoxdur. Alternativ yol Rusiyanın qoynuna sığışmaq və onun marinetkası olaraq can verməkdir. Ermənistanın əhalisinin 70%-dən çoxu isə artıq bunun nə demək olduğunun fərqindir. Deməli, İlham Əliyevin vaxtı ilə uzağa hesablanmış xarici siyasət strategiyası öz işini sona qədər görəcək”.

Akif Nağının partiyasının adı nə olacaq? - AÇIQLAMA

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı bu məlumatları kəşfiyyat xarakterli sayır: “Bu məlumat rəsmi deyil, amma reallığa uyğundur. Yəni ABŞ administrasiyası rəsmi olsaydı, başqa cür açıqlayardı, hansısa erməni nəşrinə ehtiyac qalmazdı. Reallığa uyğunluğunu isə o mənada vurğulayıram ki, əslində bütün danışıqlar bu təkliflər əsasında aparılmalıdır. Bu bəndlər Prezident İlham Əliyevin ötən ilin martında irəli sürdüyü təkliflərə uyğundur. Rəsmi olmasa da, reallığı əks etdirdiyinə görə hər bəndi nəzərdən keçirək. Sülh müqaviləsinin ilin sonunadək, özü də Vaşinqtonda imzalanması məntiqlidir, amma inandırıcı deyil. Putin buna imkan verməyəcək. Əgər Putin hakimiyyətdən gedərsə, bu variant alınar. Ermənistanın cənub rayonlarına, Zəngəzura azərbaycanlıların qaytarılması artıq həyati zərurətə çevrilib, amma geri dönən insanların sayı ən azı 300 min olmalıdır. Azərbaycanlılar Zəngəzura qayıtdıqdan sonra təbii ki, təhlükəsizlik məsələləri ilə Azərbaycan məşğul olacaq. Rusiya hərbi bazasının çıxarılması, onun yerinə NATO qüvvələrinin gətirilməsi yaxın dövr üçün real deyil. Kreml Suriya və Ermənistandan axırıncı əltutacaq yer kimi yapışıb, maksimum ləngiməyə çalışacaq. Anklavların Azərbaycana qaytarılması üçün heç bir maneə olmayacaq. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Zəngəzur dəhlizində beynəlxalq güclərin iştirakı bir neçə dəfə rəsmi qayda da səsləndirilib. Məncə, rus və beynəlxalq qüvvələrin iştirakı ilə nəzarətin elə də ciddi fərqi yoxdur. Hər şeyi özümüz həll edə bilərik. Ən ağıllı fikir isə Ermənistanın Qarabağı birdəfəlik yadından çıxarmasıdır. ABŞ-ın bu gün bu təkliflərlə çıxış etməsi çətindir. Ona görə də daha çox kəşfiyyat xarakterli məlumatdır, tərəflərin fikrinin öyrənilməsinə yönəlib. Ermənistan bu təkliflərin onların üzərinə təhlükə olaraq yönəldiyini bilir. Ona görə də yenidən Rusiyaya sığınmağa çalışır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR