İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ilə Aİ arasında ticarət sazişi İMZALANDI - VİDEO

668 27.07.2025 22:03 Dünya A A

ABŞ prezidenti Donald Tramp Şotlandiyada Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen ilə görüşüb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, qolf klubunda baş tutan görüş çərçivəsində Tramp ABŞ və Avropa İttifaqı arasında ticarət sazişi imzalandığını açıqlayıb.

Tramp mətbuat konfransında ABŞ-a Avropa İttifaqından (Aİ) idxal olunan mallara tətbiq edilən rüsumun ən azı 15% olacağını bildirib.

O, Aİ-nin ABŞ-dan 750 milyard dollar dəyərində enerji alacağını və Amerika iqtisadiyyatına daha 600 milyard dollar sərmayə qoyacağını qeyd edib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ ilə ticarət razılaşmasının sabitlik gətirəcəyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR