İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ hərbi gəmisi Yəməndən buraxılan PUA-nı vurub

396 16.11.2023 01:55 Dünya A A

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi Yəməndən buraxılan pilotsuz uçuş aparatını Qırmızı dənizdə vurub.

“Report” xəbər verir ki, bu barədə “Reuters” iki amerikalı məmura istinadən məlumat yayıb.

Belə ki, adının açıqlanmasını istəməyən səlahiyyətlilər, “Arli Byork” sinifli “Tomas Hadner” esminesinin bu səhər tezdən PUA vurduğunu bildiriblər.

Ehtimal edilir ki, bu, İsrail və HƏMAS arasında münaqişə başlayandan bəri ABŞ-ın öz döyüş gəmiləri yaxınlığında raketlə vurduğu ikinci PUA-dır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR