İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Energetika Nazirliyi neft proqnozlarını açıqladı: İstehlak və qiymət...

498 07.05.2024 21:12 Dünya A A

ABŞ Energetika Nazirliyi 2024-cü ildə qlobal maye karbohidrogen (neft) istehlakı ilə bağlı proqnozunu korrektə edib.

Musavat.com nazirliyin Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatına əsasən xəbər verir ki, may proqnozu göstəricinin sutkada 70 min barel azalaraq 102,84 milyon barel olacağını nəzərdə tutur.

EIA-nın məlumatına görə, 2024-cü ildə neftə gündəlik tələbat 102,84 milyon barel (əvvəlki proqnozda- 102,91 milyon barel), 2025-ci ildə isə 104,26 milyon barel (aprel proqnozun ilə eyni) olacaq.

Beləliklə, nazirlik 2024-cü ildə tələb artımının əvvəlki 950 min barellə müqayisədə 920 min barel olacağını gözləyir. 2025-ci ildə maye karbohidrogenlərə tələbatın artması sürətlənərək sutkada 1,42 milyon barel olacaq (aprel proqnozu - 1,35 milyon barel).

ABŞ Energetika Nazirliyi may proqnozunda 2024-cü ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu da 1,1 faiz azaldaraq, bir barel üçün 88,55 dollardan 87,79 dollara endirib. 2025-ci ildə Brent markalı neftin bir barelinin 85,38 dollar olacağı(əvvəlki proqnozu 86,98 dollar) gözlənilir.

Bundan əlavə, Energetika Nazirliyi 2024-cü il üçün ölkədə neft hasilatı proqnozunu praktiki olaraq dəyişməyib və əvvəlki proqnoza qarşı sutkada 13,21 milyon barel hasilat gözləyir. 2025-ci ildə ölkədə gözlənilən neft hasilatı həcmi sutkada 20 min barel azalaraq 13,7 milyon barelə endirilib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR