ABŞ Maliyyə Nazirliyi neft-qaz şirkətlərinin rəhbərlərini Rusiya əleyhinə tətbiq olunan sanksiya siyahısına daxil edib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Sanksiya siyahısına daxil edilənlər arasında aşağıdakı şəxslər var:
- Vadim Vorobyov ("LUKOIL" rəhbəri),
- Aleksandr Dyukov ("Qazprom Neft" rəhbəri),
- Nail Maqanov ("Tatneft"),
- Sergey Kudryaşov ("Zarubejneft"),
- Vladimir Çernov ("Başneft").
Bundan əlavə, siyahıya "LUKOIL"in qurucusu və ən böyük səhmdarı olan Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov da əlavə edilib.
O, "Velltex" neft xidməti şirkətinin həmtəsisçisi kimi göstərilib.
Musavat.com