İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ədliyyə Nazirliyi məxfi sənədlərin sızması ilə bağlı araşdırmaya başlayıb

278 08.04.2023 14:51 Son xəbər A A

 

Sosial şəbəkələrdə ABŞ-ın Ukrayna, Yaxın Şərq ölkələri və Çinlə bağlı yeni məxfi sənədlər toplusu aşkarlanıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Times” xəbər verir.

Ümumilikdə yüzdən çox sənəd dərc oluna biləcəyi gözlənilir. Burada uzun müddətdir döyüşlər gedən Baxmutun hərbi xəritəsi və "Çin, Hind-Sakit Okean hərbi teatrı”, Yaxın Şərq haqqında gizli brifinqlərdən slaydlar da yer alıb. 23 fevral tarixli slaydlardan birində Secret/NoForn etiketi gözə çarır. Yəni bu sənədin "xarici ölkələrə paylanmaq üçün nəzərdə tutulmadığı" göstərilib.

Pentaqonun keçmiş yüksək rütbəli rəsmisi Mik Malroy məlumat sızmasını “əhəmiyyətli təhlükəsizlik pozuntusu” kimi qiymətləndirib. Onun fikrincə, bir çoxu sənədlərin fotoşəkilləri və fayllar “Ukrayna, ABŞ və NATO-nun səylərinə zərər vurmaq istəyən” biri tərəfindən qəsdən yerləşdirilib.

ABŞ kəşfiyyatının nümayəndəsi sızıntını Avstraliya, Kanada, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ-ın kəşfiyyat alyansı sayılan “Beş gözün kabusu” adlandırıb.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR