İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ diplomatından gözlənilməz qərar

851 29.04.2026 00:31 Dünya A A

ABŞ-ın Ukraynadakı yüksək rütbəli diplomatı postunu tərk etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, “Financial Times” nəşrinin yaydığı məlumata görə, ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili vəzifəsini icra edən Julie S. Davis bu qərarı Vaşinqtonun Kiyevə dəstəyinin azalması fonunda verib.

Məlumata əsasən, 2025-ci ilin may ayından etibarən səfir səlahiyyətlərini icra edən diplomat öz rolundan narazı qalıb. Bildirilir ki, onun narazılığı əsasən ABŞ prezidenti Donald Tramp ilə Ukraynaya göstərilən yardımın azaldılması məsələsində fikir ayrılıqları ilə bağlıdır.

Qeyd olunur ki, bu istefa təkcə fərdi qərar deyil. Belə ki, Deyvisin sələfi Bridget Brink də oxşar səbəblərə görə ötən ilin əvvəlində vəzifəsindən ayrılmışdı.

Müşahidəçilər hesab edir ki, ABŞ administrasiyası daxilində Ukrayna siyasəti ilə bağlı fikir ayrılıqları diplomatik korpusda da öz təsirini göstərməkdə davam edir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR