İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Ukrayna ilə bağlı SON DƏQİQƏ açıqlaması: həll olunub...

6251 16.07.2023 22:35 Son xəbər A A

"ABŞ hesab edir ki, NATO-nun Vilnüsdə keçirilən sammitinin yekunlarına əsasən, Ukraynanın Şimali Atlantika Alyansına qoşulması məsələsini artıq həll olunmuş hesab etmək olar".

Musavat.com "Report"a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan ABC telekanalına müsahibəsində deyib.

"Biz kommünikedə demişdik ki, Ukraynanın gələcəyi NATO-dadır, nöqtə. Heç kimlə heç bir yoxlama və ya danışıqlar aparılmır. Bu baş verəcək", - o deyib.

Eyni zamanda, Sallivan qeyd edib ki, Ukrayna NATO-ya qoşulmaq istəyən hər bir ölkə kimi, Şimali Atlantika Alyansının "standartlarına cavab vermək üçün demokratik islahatlar aparmalıdır" və Kiyev hələ də "bir çox islahatlar aparmalıdır".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR