İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan separatçılara ŞOK çağırış: Bakı ilə razılaşmasaz...

2207 15.06.2023 11:55 Son xəbər A A

ABŞ Dağlıq Qarabağ nümayəndələrinə təzyiq göstərir ki, Azərbaycanla görüş keçirməyə razı olsunlar və bundan imtina etdikləri təqdirdə Azərbaycanın antiterror əməliyyatı keçirəcəyi ilə hədələyirlər.

Musavat.com xəbər verir ki, bu barədə RİA Novosti Vaşinqtondakı diplomatik mənbələrə istinadən məlumat yayıb.

“Vaşinqton ultimatum formasında Dağlıq Qarabağın nümayəndələrini yaxın gələcəkdə amerikalı kuratorun iştirakı ilə Azərbaycan tərəfi ilə “üçüncü ölkədə” görüşə razılaşmağa məcbur edir”, - mesajda deyilir.

Nəşrin adının çəkilməsini istəməyən mənbəsinin sözlərinə görə, dövlətlər öz hərəkətləri ilə regionda yer tutmağa çalışırlar.

Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Qərb Qarabağ ətrafında vəziyyətə təsir göstərməyə və Rusiya Federasiyasının sülhməramlı siyasətini gözdən salmağa çalışır.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR