İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Rusiya-Ermənistan gərginliyinə REAKSİYA: "Etibarlı deyil..."

1587 24.02.2024 17:27 Dünya A A

ABŞ Dövlət Departamenti Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın KTMT-yə üzvlüyü və İrəvanın müdafiə sahəsində atdığı addımlarla bağlı bəyanatları ilə bağlı “Amerikanın səsi” radiosunun erməni xidmətinin sorğusuna cavab verib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

“Biz Ermənistanın müstəqil ölkə kimi seçdiyi təhlükəsizlik münasibətlərini davam etdirmək istəyinə hörmətlə yanaşır və regiondakı bütün ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”, - ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir.

ABŞ Xarici İşlər Nazirliyi də İrəvanla Moskva arasında yaranan problemlərə münasibət bildirib.

“Rusiya Cənubi Qafqazda və ya başqa yerdə etibarlı və vicdanlı müttəfiq və ya tərəfdaş deyil. Biz dəfələrlə görmüşük ki, Rusiya Ermənistanın maraqlarından narahat deyil”, - ABŞ Dövlət Departamenti bəyan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR