İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan İrəvana sülh sazişi ilə bağlı 7 tələb – detallar Kamran Həsənli ilə CANLIda

648 13.07.2023 16:02 Gündəm A A

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi müzakirə olunub.

Bu barədə Ermənistanın “İravunk” nəşri məlumat yayıb.

“ABŞ tərəfindən Qriqoryana yeddi tələb təqdim olunub:

- Sülh müqaviləsi ilin sonuna qədər və yalnız Vaşinqtonda imzalanmalıdır;

- Ermənistan cənub rayonlarında 65 min azərbaycanlı qaçqını qəbul etməyi öhdəsinə götürməlidir;

- Zəngəzur bölgəsində Ermənistandakı azərbaycanlıların təhlükəsizlik problemlərini həll edəcək struktur Bakı tərəfindən açılmalıdır;

- Ermənistan 2026-cı ilə qədər Rusiya bazasını öz ərazisindən çıxarmağı və onu Şərq Tərəfdaşlığı proqramı çərçivəsində NATO-nun təlim bölmələri ilə əvəz etməyi öhdəsinə götürməlidir;

- Ermənistan SSRİ-nin xəritələrində qeyd olunan anklavları Azərbaycana qaytarmağı öhdəsinə götürməlidir;

- Zəngəzur dəhlizinin beynəlxalq gömrük təşkilatının iştirakı ilə, yəni Rusiyanın iştirakı olmadan açılmalıdır;

- Ermənistanın Qarabağdan tamamilə imtina etməlidir”, - məlumatda deyilir.

Nələr olacaq?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/TVmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR